14 yaşlı Nərmin təcili əməliyyat olunmalıdır – FOTO
14 yaşlı Nərmin təcili əməliyyat olunmalıdır – FOTO
14 yaşlı Nərminin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Əlihüseyn Rzayev məlumat verib.
O bildirilib ki, övladı anadangəlmə spina bfida xəstəliyindən əziyyət çəkir.
“Nərmin anadangəlmə spina bfida xəstəliyindən əziyyət çəkir. Doğulduğu gündən müalicələrini vaxtı-vaxtında etsək də, artıq övladımın bədənində əyilmə gedir. Bu isə onun nəfəs almağına, yaşamağına mane törədir. Hazırda Nərmin İran İslam Respublikasında təcili əməliyyat olunmalıdır. Bunun üçün isə bizim 4 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmalarını xahiş edirəm”.
Qeyd edək ki, TƏBİB ailə ilə əlaqə saxlayaraq Azərbaycan Respublikası sərhədləri daxilində TƏBİB tabeli dövlət tibb müəssisələrinə müraciət edib Xidmətlər Zərfi çərçivəsində icbari tibbi sığortadan yararlana biləcəyi bildirilib. Həmçinin təyin edilən cərrahi əməliyyat TƏBİB tabeli dövlət tibb müəssisələrində icra olunmadığı təqdirdə özəl tibb müəssisələrində göndəriş əsasında xidmət ala biləcəyi barədə məlumat verilib. Valideyn təkidlə cərrahi əməliyyatın İran İslam Respublikasında icra olunmasını istədiyini bildirib.
Ailə ilə əlaqə: (055) 289-75-54