“Barselona”nın gənc ulduzu “Brayton”a keçir
“Barselona”nın gənc ulduzu “Brayton”a keçir
“Barselona”nın futbolçusu Ansu Fati karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. O bildirib ki, “Barsa” gənc oyunçusunu “Brayton”a icarəyə verəcək.
Ansu Fati özü də “Brayton”a keçməkdə maraqlıdır. 20 yaşlı vingerin qərarında həlledici amil komandanın çalışdırıcısı Roberto De Zerbidir.
Fati 2022/2023-cü illər mövsümündə “Barselona”nın heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.