Hikmət Hacıyev Ağdam-Xankəndi yolundan paylaşım edib – VİDEO
“Biz Ağdam-Əsgəran-Xankəndi yolunun girəcəyindəyik”.
Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında yazıb.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və xarici ölkələrdən gələn jurnalistlər qrupu yolun funksionallığı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən gətirilən undan ibarət iki maşın ərzaq yükü ilə tanış olacaqlar.
We are on the entrance of Agdam-Askaran-Khankandi road. Diplomatic Corp and international group of journalists will see the functionality of the road and two trucks of food cargo consisting of flour delivered by the Red Crescent Society of Azerbaijan. pic.twitter.com/MX4Uzgyh7m
— Hikmet Hajiyev (@HikmetHajiyev) August 31, 2023