Avtomobili yayda qış, qışda da yay təkərləri ilə idarə edənlərin nəzərinə – FOTO
Avtomobili yayda qış, qışda da yay təkərləri ilə idarə edənlərin nəzərinə – FOTO
Avtomobil sürücüləri sosial şəbəkələrdə aparılan müzakirələr zamanı bildirirlər ki, bəzi ölkələrdə avtomobilini yayda qış, qışda isə yay təkəri ilə sürənlər cərimələnirlər. Əks halda yol qəzaları qaçılmaz olur. Bəs görəsən, Azərbaycanda bu məsələyə nəzarət varmı?
Mövzu ilə bağlı Pravda.az-la fikirlərini bölüşən nəqliyyat üzrə ekspert Aqil Rəhimov deyib ki, sürücülər hətta yay aylarında da, payız aylarında da avtomobillərinin şinlərinin protektorlarının qalınlığına fikir verməlidirlər.
“Protektorun qalınlığı 1,6 millimetrdən aşağı olanda təkərlər təcili dəyişdirilməlidir. Xüsusilə qışda təkərlərə önəm vermək, qış təkərlərindən istifadə etmək lazımdır. Əlbəttə, Bakıda havalar isti keçir, bir-iki gün qış olur. Buna görə də Bakıda hər mövsüm təkərlərindən istifadə etmək olar. Amma Azərbaycanın şimal-qərb rayonlarında hava şəraiti qışda kifayət qədər sərt olur. Bu zaman sürücülər mütləq qış təkərlərindən istifadə etməlidirlər. Yol polisi də buna nəzarəti gücləndirməlidir”.