Güney Azərbaycanda daha bir su mənbəyi qurudu – VİDEO
Güney Azərbaycanda daha bir su mənbəyi qurudu – VİDEO
Güney Azərbaycanda daha bir su mənbəyi quruyub.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Ərdəbil şəhərində yerli sakin tərəfindən çəkilən videoya əsasən, məşhur Balıqlı çayı quruyub.
Xatırladaq ki, daha öncə də əhali sözügedən çayın quruması nəticəsində Ərdəbil şəhərini bürüyən qoxu səbəbilə şəhər prokurorluğuna şikayət etmişdi.
Qeyd edək ki, Güney Azərbaycanda Urmiya gölü ətrafında davam edən ekoloji fəlakətlə eyni vaxtda Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) bölgəsindəki Yadigarlı gölü də tamamilə quruyub.
Məlumata görə, 1 530 hektar səth ölçüsünə malik olan göl tamamilə quruyub.
Həmçinin, İranda molla rejiminin yürütdüyü plansız və Güney Azərbaycanın təbiətinə laqeyd münasibət nəticəsində Urmiya gölünün artıq 90 faizi quruyub.
Vaxtilə su həcmi 31 milyard kubmetr olan göldə indi cəmi üç milyard kubmetr su qalıb.