Abşeronda dörd gün əvvəl meyiti aşkarlanan şəxsin qətlə yetirildiyi məlum olub
Abşeronda dörd gün əvvəl meyiti aşkarlanan şəxsin qətlə yetirildiyi məlum olub
Avqustun 17-də Abşeron rayonunun Masazır kəndi ərazisində 1979-cu il təvəllüdlü Ruslan Məmmədovun yıxılması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü Yakuşev Stanislavın aralarında yaranmış mübahisə zamanı Ruslan Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb və Stanislav Yakuşev şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.