Hövsanda qadın özünü 10-cu mərtəbədən atıb
Hövsanda qadın özünü 10-cu mərtəbədən atıb
Suraxanı rayonunda intihar hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan Yaşayış Kompleksindəki 8-ci binada qeydə alınıb.
İlkin məlumata görə, sözügedən binada kirayə qaldığı bildirilən qadın özünü 10-cu mərtəbədən atıb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Suraxanı Rayon Şöbəsinə təhvil verilib.
Fakt üzrə araşdırma aparılır.