Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycanda səfərdədir – FOTO/VİDEO
Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycanda səfərdədir – FOTO/VİDEO
Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycanda səfərdədir.
Bu barədə nazir “Twitter”də paylaşım edib.
“Qafqaza səfərim Bakıya gəlməklə başladı. Azərbaycanda, Ermənistanda, sonra Gürcüstanda olacağam. Fransa regionda sülhün qorunmasının nə qədər vacib olduğunu bilir. Paris buna qətiyyətlə sadiqdir. Bu, daşıyacağım missiyadır”, – paylaşımda deyilir.
Kolonna aprelin 26-dan 28-dək Azərbaycan və Ermənistanda səfərdə olacaq. Onun səfəri davamlı sülh üçün iki ölkə arasında danışıqlara dəstək xarakteri daşıyır.
Nazir Bakıda 1990-cı il 20 Yanvar sovet repressiyası qurbanlarının xatirəsini ehtiramla yad edəcək.
Arrivée à Bakou pour débuter mon déplacement dans le Caucase en #Azerbaïdjan, #Arménie, puis #Géorgie.
La France sait toute l’importance de préserver la paix dans la région. Elle s’engage résolument en ce sens.
C’est le message que je porterai. pic.twitter.com/N4xmjJwRsd
— Catherine Colonna (@MinColonna) April 26, 2023