Ermənistanda təşviş: “Ordu peşəkar kadrsız qala bilər”
Ermənistanda təşviş: “Ordu peşəkar kadrsız qala bilər”
Ermənistan Müdafiə Nazirliyində aparılan islahatlar fonunda həyata keçirilən sertifikatlaşdırma prosesi orduda təşvişə səbəb olub.
Bu barədə “Hraparak” qəzetində dərc olunan məqalədə deyilir.
Bildirilir ki, orduda qeyri-sağlam ab-hava yaradan bu proses peşəkar kadr itkisi ilə nəticələnə bilər. Səbəb isə attestasiyada hərbçinin nə döyüş yolunun, nə yaşının, nə də peşəkarlığı faktının rol oynamasıdır.
“Sertifikatlaşdırma iki hissədən ibarətdir: birinci nəzəridir, peşəkar testlərdən ibarətdir. İkincisi praktiki tapşırıqlardır və sıra təlimi hazırlığı ilə bağlıdır ki, bundan da kimi yaşına görə, kimi də döyüş yaralarına görə keçə bilmir.
Nəticədə onlar attestasiyadan kəsilir, real əməkhaqqı isə aşağı həddə qalır ki, bu da inflyasiya şəraitində yaşamağı mümkünsüz edir. Məlumata görə, bu qeyri-bərabər və qeyri-sağlam mühitdə bəziləri artıq xidmətdən istefa veriblər, bəziləri də getmək haqqında düşünürlər. Bu isə ordu üçün ağır nəticələrə səbəb ola bilər”, – deyə qəzet yazır.