Ağdamda İtaliya dizaynlı ayaqqabılar istehsal olunacaq
Ağdamda ayaqqabı fabriki açılacaq. Ağdam Sənaye Parkında yaradılacaq müəssisədə hər növ iş ayaqqabılar istehsal ediləcək. Azərbaycanda ilk dəfə poliüretan çəkmələr burada tikiləcək. Müasir standartlara cavab verən ayaqqabılar görünüşü ilə xeyli fərqlənəcək.
Çəkmələrin dizaynı italiyalı mütəxəssislər tərəfindən hazırlanacaq. Müəssisədə istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixraca da yönəldiləcək. Fabrik bölgədə məşğulluğun təmin olunması baxımından vacib rol oynayacaq.
Ağdam Sənaye Parkında istehsal olunacaq ayaqqabıların ilk nümunələrinin bu ilin noyabr ayında satışa çıxarılacağı gözlənilir.