Polyanski: “Qarabağdakı ermənilərin hüquqları Azərbaycanın hüquqi müstəvisində müzakirə olunmalıdır”
Polyanski: “Qarabağdakı ermənilərin hüquqları Azərbaycanın hüquqi müstəvisində müzakirə olunmalıdır”
“Azərbaycanla Ermənistan arasındakı münasibətlərdəki problemləri yalnız Bakı və İrəvan öz aralarında həll etməlidirlər, kənardan sırınan heç bir sxem kömək etməyəcək”.
Bunu Rusiyanın BMT-dəki nümayəndəsi Dmitri Polyanski bildirib.
O, Qarabağdakı ermənilərin hüquqlarının Azərbaycanın hüquq müstəvisində müzakirə edilməli olduğunu vurğulayıb.
“Bu məntiq Azərbaycan və Ermənistan liderləri arasında 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq tərəflər tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında dəfələrlə təsdiqlənmiş son razılaşmalardan irəli gəlir”.
Bundan əlavə, D.Polyanski çıxışında Ağdam-Xankəndi magistralına istinad edərək Qarabağa humanitar yüklərin çatdırılması üçün alternativ marşruta vurğu edib.
Mənbə: TASS