Yerimək istəyən 10 yaşlı Mehribanın müalicə üçün 1 500 manata ehtiyacı var – FOTO
Yerimək istəyən 10 yaşlı Mehribanın müalicə üçün 1 500 manata ehtiyacı var – FOTO
10 yaşlı Mehribanın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Zöhrə Bayramova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə serebral iflicdən əziyyət çəkir.
“Mehribanın 10 yaşı var, anadangəlmə serebral iflicdən əziyyət çəkir. İllərdir nə yeriyə, nə köməksiz hərəkət edə bilir. Müalicələrini əlimizdən gələn qədər edirik, amma artıq tükənmişik. Müalicələri üçün 1 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən övladıma kömək olmağı xahiş edirəm”.
Ailə ilə əlaqə: (050) 345-39-82