Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-yə təcili səfərinin səbəbi Qarabağ “müdafiə ordusunun” ləğvi ilə bağlıdır.
Aztime xəbər verir ki, bu fikri erməni politoloq Artur Tovmasyan səsləndirib. Tovmasyan ermənilərin silahı yerə qoymasını Türkiyə-Azərbaycan birliyinin tələb etdiyini vurğulayıb. O, Qərbin də bu tələbi dəstəklədiyini və bunun üçün Araik Arutyunyana təzyiq edəcəyini bildirib. Araik isə qorxur, çünki Qarabağdakı ermənidilli əhali etiraza qalxa bilər. Buna görə Araik və ətrafına “həyat və təhlükəsizlik zəmanətləri” təklif olunur.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.