ABŞ-dan 42 milyard dollarlıq yüksək sürətli internet investisiyası
ABŞ prezidenti Co Bayden ölkə daxilində yüksəksürətli internetə çıxışın genişləndirilməsi üçün 42 milyard dollardan çox vəsait ayrılacağını açıqlayıb.
Marja xəbər verir ki, Ağ Evdə infrastruktur siyasətləri ilə bağlı danışan Bayden 2030-cu ilə qədər Amerikada hər kəsin sərfəli yüksək sürətli internet xidmətindən yararlanacağını bildirib.
Yüksək sürətli internet üçün indiyə qədərin ən böyük sərmayənin yatırılacağına işarə edən Bayden, yüksək sürətli internetin artıq lüks olmadığını, zərurətə çevrildiyini qeyd edib.
Bayden administrasiyasının yeni proqramı, 1936-cı ildə qəbul edilən qanunla Franklin Ruzvelt administrasiyasının ABŞ-dakı hər evə elektrik enerjisi gətirmək cəhdinə bənzədilib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.