Mahir Emreli yenə “Dinamo”ya lazım olmayacaq?
Mahir Emreli yenə “Dinamo”ya lazım olmayacaq?
Xorvatiyanın “Dinamo” klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelini yenidən icarəyə verə bilər.
26 yaşlı hücumçu komandanın yay təlim-məşq toplanışına qatılacaq. Baş məşqçi İqor Bişçan oradakı performansa əsasən, qərar verəcək. Emreli özünü yaxşı tərəfdən göstərməyi bacarmasa, yenidən icarəyə göndəriləcək.
Qeyd edək ki, Mahir Emrelinin Zaqreb təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. O, ötən mövsümün ikinci dövrəsini icarə əsasında Türkiyənin “Konyaspor” klubunda keçirib.
Mənbə: vecernji.hr