Horadiz-Ağbənd dəmir yolu layihəsi üzrə işlər nə vaxt bitəcək? – Nazir müavini AÇIQLADI
Horadiz-Ağbənd dəmir yolu layihəsi üzrə işlər nə vaxt bitəcək? – Nazir müavini AÇIQLADI
İşğaldan azad edilmiş ərazilərin Regional Nəqliyyat Baş Planı hazırlanıb və planın icrası istiqamətində mühüm işlər həyata keçirilib.
APA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov 1-ci Beynəlxalq Nəqliyyat və Logistika Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Baş Plana əsasən həyata keçirilən layihələr sırasında Horadiz -Ağbəndə dəmir yolları layihələri mühüm əhəmiyyət kəsb edir:
“Sözügedən layihələrin 2024-cü ilin sonuna qədər yekunlaşması planlaşdırılır”.