Bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir.
Aztime.az Türkiyə mediasına istinadən xəbər verir ki,seçicilər səsvermədə fəal iştirak edirlər.Seçki sakit şəraitdə, problemsiz davam edir.Xatırladaq ki, bu gün tarixdə ilk dəfə Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək. Qeyd edək ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün seçkilərin ikinci turu keçirilir.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.