Azərbaycanı avrokuboklarda təmsil edəcək son klub bəlli oldu
Azərbaycanı avrokuboklarda təmsil edəcək son klub bəlli oldu
Azərbaycanı növbəti mövsüm avrokuboklarda təmsil edəcək son klub müəyyənləşib.
Oxu.Az xəbər verir ki, “Qəbələ” Misli Premyer Liqasında dördüncü yeri tutaraq Konfrans Liqasında oynamaq hüququ qazanıb. “Qırmızı-qaralar” buna 36-cı turda öz meydanında “Kəpəz”lə heç-heçə (1:1) etməklə nail olub.
Xalını 50-yə çatdıran Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv “Zirə” ilə eyni xal toplasa da, şəxsi oyunlardakı üstünlüyə görə dördüncü yeri tutub.
Qeyd edək ki, “Zirə” son turda səfərdə “Sumqayıt”ı məğlub edib – 3:0.
Faiq Tahirov