Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Türkiyədə İran kəşfiyyatına işləyən agentlərə qarşı yeni əməliyyat keçirib.
Aztime.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat nəticəsində İsrailin xarici kəşfiyyat xidməti – “Mossad” tərəfindən Avropada təlim keçmiş Səlcuq Küçükkaya və daha 12 nəfər ələ keçirilib.
Məlumata görə, S.Küçükkaya qruplaşmanın lideri olub.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun il yarım qabaq başlatdığı istintaq çərçivəsində casusların ələ keçirilməsi istiqamətində MİT və Baş Prokurorluq arasında koordinasiyalı addımlar atılıb. Qruplaşma il yarım ərzində daim diqqətdə olub, addım-addım izlənib.
Bildirilir ki, S.Küçükkaya və “Mossad” üzvləri arasında müzakirələr adətən Avropanın müxtəlif ölkələrində baş tutub. S.Küçükkaya həmin danışıqlar zamanı müxtəlif testlərdən keçib. Beşinci görüşdə S.Küçükkayaya casusluq təklif olunub.
Məlumata görə, daha 2 şübhəlinin ələ keçirilməsi istiqamətində işlər davam edir.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.