Cənubi Afrikada vəbadan ölüm artır
Cənubi Afrikada vəbadan ölüm artır
Cənubi Afrikanın Qautenq vilayətində mayın 15-dən bəri davam edən vəba epidemiyasında biri uşaq olmaqla 10 nəfər ölüb.
Bölgədə son zamanlarda görülən ishal hadisələrinin vəba səbəbindən baş verdiyi müəyyənləşib.
Mayın 15-dən 37-si xəstəxanada olan 95 nəfərin müalicə olunduğu açıqlanıb.
“Vibrio” bakteriyasının törətdiyi, qida və su ilə yoluxan vəba orqanizmdə şiddətli ishal və su itkisinə səbəb olur. Xəstəlik müalicə olunmazsa, ölümlə nəticələnə bilir.
Mənbə: Habertürk