“Qalatasaray”ın istədiyi ulduz qolkiper “Fənərbağça”nın təklifini qəbul etdi
“Fənərbağça” klubu “Mançester Siti”nin futbolçusu Edersonu transfer edir.
Aztime.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, “sarı-lacivərdlər” həm oyunçunun özü ilə, həm də klubu ilə bütün məsələlərdə razılığa gəliblər.
Edersonla “Qalatasaray” da yaxından maraqlanırdı. Lakin “sarı-qırmızılar” onun üçün maksimum 10 milyon avro ödəməyə hazır olublar. “Fənərbağça” isə bu keçidi 13-14 milyon avroya reallaşdırıb.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.