Çin lideri ŞƏT İnkişaf Bankının yaradılmasını təklif edib
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin bir araya gələrək ŞƏT İnkişaf Bankını yaratmağı təklif edilib.
Aztime.az xarici KİV-ə istinadən xəbər verir ki, bu təklifi Çin Xalq Respublikasının Sədri Si Cinpin Tiencin şəhərində ŞƏT üzv ölkələrin dövlət başçıları Şurasının 25-ci iclasında çıxışı zamanı səsləndirib.
“Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığa dəstəyi gücləndirmək üçün ən qısa zamanda ŞƏT İnkişaf Bankını yaratmaq lazımdır”, – deyə Si Cinpin vurğulayıb.
Məlumat üçün qeyd edək ki, ŞƏT üzv ölkələrin dövlət başçıları Şurasının iclasında 20-dən çox dövlətin lideri iştirak edir.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.