Ona yaxın ölkə Ukraynaya qoşun göndərməyə hazırdır
Ümumilikdə 10-a yaxın ölkə öz qüvvələrini Ukraynaya göndərməyə hazırdır.
Aztime.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, Avropa liderləri Ukrayna üçün yeni təhlükəsizlik zəmanətləri paketi hazırlamaq məqsədilə Trampın rəsmi dəstəyindən fəal istifadə edirlər. Yaxın günlərdə potensial sülh sazişi çərçivəsində Ukraynada Britaniya və Fransa qoşunlarının yerləşdirilməsini nəzərdə tutan plan razılaşdırılacaq.
Avropa Şurasının prezidenti Antoniu Koştanın sözlərinə görə, zəmanətlərin şərtləri bu həftə razılaşdırılmalıdır.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.