Məleykə Abbaszadə abituriyentlərə müraciət etdi
“İxtisas seçiminə məsuliyyətlə yanaşmalısınız. Bal sizin əməyinizin nəticəsidir, seçim də sizin olmalıdır!”
Aztime.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə abituriyentlərə ünvanladığı müraciətdə deyib.
O bildirib ki, ixtisas seçimi gələcəyə doğru atılan növbəti addımdır:
“Əziz abituriyentlər, siz artıq imtahanları geridə qoymusunuz. Bu gün çox mühüm qərar qəbul etməlisiniz. İxtisas seçimi növbəti vacib addımdır. Bu addım sizin gələcəyiniz üçün vacib rol oynayır. İxtisas seçərkən düşünməlisiniz ki, 4 il sonra əmək bazarında hansı peşənin sahibi olmaq istəyirsiniz. Siz baxmalısınız ki, hansı bilik və bacarıqla əmək bazarında özünüzə yer tapacaqsınız. Ona görə də ixtisas seçiminə çox diqqətlə yanaşmalısınız. Bizim sizə təqdim etdiyimiz abituriyent jurnalından, statistik məlumatlardan düzgün istifadə etməyi bacarmalısınız”.
Sədr vurğulayıb ki, hər bir abituriyent gələcək karyera seçimini özü etməlidir:
“Ən yaxşı qərar sizin özünüzün olmalıdır. Bal sizindir, sizin əməyinizin nəticəsidir. Seçim də sizin olmalıdır. Arzularınıza uyğun olan ixtisasların kodlarını seçim mərhələsində yazmalısınız”.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.