Putin Trampla görüşün harada keçirilə biləcəyini deyib
“Birləşmiş Ərəb Əmirlikləri ABŞ Prezidenti Donald Trampla görüş üçün uyğundur”.
Aztime.az-ın NEWS.ru-ya istinadən xəbərinə görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ilə Kremldə keçirilən görüşün yekunlarına əsasən deyib.
O bildirib ki, görüşlə bağlı yekun qərar, eləcə də tarix hələ ki məlum deyil: “Bu cür tədbirin təşkilində bizə kömək etməyə hazır olan çoxlu dostlarımız var. Dostlarımızdan biri Birləşmiş Ərəb Əmirliklərinin prezidentidir”, – deyə Putin bildirib.
Qeyd edək ki, BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan avqustun 7-də Moskvaya rəsmi səfər edib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.