“Fənərbağça”nın Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşdi
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Aztime.az xəbər verir ki, “Fənərbağça” III təsnifat mərhələsində “Feyenoord”u (Niderland) məğlub etsə, pley-off mərhələsində “Nitsa” (Fransa) – “Benfika” (Portuqaliya) matçının qalibi ilə qarşılaşacaq.
Pley-off mərhələsinin oyunları avqustun 19-20 və 26-27-də keçiriləcək. “Fənərbağça” pley-offa yüksəlsə, ilk oyunu evdə keçirəcək.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.