Ölkə ərazisində istilik 41 dərəcəyə qalxıb
Ölkə ərazisində avqustun 4-ü saat 09:00-a olan faktiki hava açıqlanıb.
Aztime.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində isti hava şəraiti davam edib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, dağlıq rayonlarda 30, Aran rayonlarında 41, Naxçıvan MR-də isə 40 dərəcəyədək olub.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.