ABŞ HƏMAS-dan kapitulyasiya tələb edir
Ağ Ev HƏMAS-ın qeyd-şərtsiz təslim olmasını tələb edir və Qəzza zolağında müvəqqəti atəşkəsə səbəb olacaq danışıqlarda vasitəçi olmaqdan geri çəkilir.
Aztime.az xəbər verir ki, bu barədə Livanın “Əl Əxbar” qəzetinə açıqlamasında Misir rəsmilərindən biri deyib.
Qəzet həmçinin iddia edir ki, əvvəlkindən fərqli olaraq Vaşinqton Təl-Əvivdən Qəzzada hərbi əməliyyatları dayandırmaq tələbini azaldıb.
Öz növbəsində İsrail qoşunlarının Qəzza zolağından tamamilə çıxarılmasını rədd edib və “bufer zona” yaratmaq planına sadiq olduğunu bəyan edib. Qəzet həmçinin xatırladır ki, hazırda İsrail – HƏMAS danışıqları da dalana dirənib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.