Tikintidə daha bir FACİƏ: 47 yaşlı kişi öldü
Abşeron rayonunda tikintidə bədbəxt hadisə baş verib.
Aztime.az Oxu.Az istinadən xəbər verir ki, hadisə rayonun Xırdalan şəhəri ərazisindəki çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı qeydə alınıb.
Binanın tikintisində fəhlə işləyən 1978-ci il təvəllüdlü Vüqar Cəfərov ehtiyatsızlıqdan hündürlükdən yıxılıb.
O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.