Ermənistan Prezidenti: “Zəngəzur dəhlizi ölkə üçün inkişaf qapısı ola bilər”
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Zəngəzur dəhlizinin Ermənistan üçün əhəmiyyətindən danışıb.
Aztime.az xəbər verir ki, Erməni KİV-lərinin yaydığı məlumata görə, prezident bildirib ki, 43 kilometrlik Sünik yolunun açılması ölkə üçün böyük imkanlar yaradacaq:
“Əgər Sünikin 43 kilometrlik hissəsini açsaq, bu, böyük imkanlar yaradacaq. Artıq bu bölgə — sülhün kəsişmə nöqtəsi — beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Biz sadəcə mövcud reallığı nümayiş etdiririk. Məqsədimiz sülh sazişinin tezliklə imzalanmasıdır”, – deyə Xaçaturyan vurğulayıb.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.