Xalq artisti Arif Babayevin son durumu açıqlandı
“Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır və müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir”.
Bunu Aztime.az-a açıqlamasında Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev deyib.
O bildirib ki, Arif Babayev özü nəfəs ala bilsə də, təəssüf ki, nevroloji vəziyyətində ciddi bir müsbət dinamika müşahidə olunmur:
“Eyni zamanda böyrək funksiyaları başda olmaqla, digər daxili orqanlarının funksiyaları ilə əlaqədar da vəziyyət ciddi olaraq qalır. Buna görə də qeyd olunan problemlər nəzərə alınaraq xəstənin hərtərəfli kompleks müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir”.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.