Macarıstanda 100 ilin ən yüksək temperaturu qeydə alınıb
İyulun 26-da Macarıstanda 100 ildən artıq müddət ərzində ən yüksək temperatur qeydə alınıb.
Aztime.az-ın bu barədə Macarıstan KİV-i istinadən xəbər verir.
Macarıstanın cənub-şərqindəki Şarkad Malomfok meteoroloji stansiyasında iyulun 26-da gün ərzində 41.3 dərəcə isti qeydə alınıb.
İndiyədək ölkədə qeydə alınmış temperatur XX əsrin əvvəllərində 41.9 dərəcə isti olub.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.