Rusiyanın Gümrüdəki bazasına hərbi texnika daşınır
Erməni “Hraparak” nəşri son həftələrdə Rusiyanın Gümrü şəhərində yerləşən hərbi bazasına çoxlu sayda hərbi texnika və sursatın gətirildiyini yazır.
Aztime.az KONKRET.az istinadən xəbər verir ki, hər gün bir neçə yük təyyarəsi hərbi yüklərlə eniş edir.
Bu silah və texnika tədarükünün səbəbləri rəsmi şəkildə açıqlanmasa da, bəzi ekspertlər Moskvanın bölgədə mümkün geosiyasi dəyişikliklərə hazırlaşdığını ehtimal edirlər.
“Hraparak” həmçinin bildirir ki, Ermənistan hakimiyyəti baş verənlərdən məlumatlıdır, lakin indiyədək məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.