Qəzzada HƏMAS-ın kəşfiyyat xidmətinin rəhbəri zərərsizləşdirilib
İsrail ordusu HƏMAS-ın Ümumi Təhlükəsizlik İdarəsinin Kəşfiyyat xidmətinin rəhbəri Amcad Muhammad Hassan Şaerin zərərsizləşdirildiyini açıqlayıb.
Aztime.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun(SAXAL) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərərsizləşdirilən şəxs kəşfiyyat məlumatlarının toplanması, eləcə də HƏMAS-ın yüksəkvəzifəli şəxslərinin təhlükəsizliyinin təminatı ilə məşğul olub.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.