Füzuli rayonunda başlayan YANĞIN Xocavənddə meşə massivinə keçdi
Füzuli rayonunun Yuxarı Yağlıvənd, Cəmilli, Divanallar kəndi və Xocavənd rayonunun Hadrut qəsəbəsində yanğın müşahidə olunur.
Aztime.az “Report”a istinadən xəbər verir ki, Xocavənd rayonu Hadrut qəsəbəsi ərazisində olan alov artıq meşə massivinə keçib. Hazırda yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Cəbrayıl, Beyləqan və Xocavənd rayonlarının yanğınsöndürən avtomobilləri və əməkdaşları cəlb ediliblər. Məlumatla əlaqədar əraziyə FHN-in aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.