Paşinyan Pezeşkianı Ermənistana dəvət edib
Ermənistanın baş naziri Nikol Paşinyan ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
Aztime.az-ın xəbərinə görə, bu barədə İRNA agentliyi məlumat verib.
Məlumata görə, Paşinyan ötən ay baş vermiş faciəvi hadisələrlə bağlı İran prezidentinə başsağlığı verib.
Danışıq zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə edilib.
Həmçinin Nikol Paşinyan Məsud Pezeşkianı Ermənistana rəsmi səfərə dəvət edib.
Ermənistanın baş naziri ölkəsinin İranla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.