Nazir yeni idarə rəisi TƏYİN ETDİ
Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq əlaqələr idarəsinə yeni rəis təyin edilib.
Aztime.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə daxili xidmət polkovniki Vüqar Qurbanov təyin olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl FHN-in Beynəlxalq əlaqələr idarəsinin rəisi Ərgüc Kələntərli Beynəlxalq Mülki Müdafiə Təşkilatının yeni baş katibi seçildiyi üçün vəzifəsindən azad edilib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.