“Qalatasaray” Osimhenin transferi üçün “Napoli” ilə danışıqları yekunlaşdırdı
“Qalatasaray”la “Napoli” arasında Osimhen barədə danışıqlarda təəccüblü hadisələr yaşanıb.
Aztime.az “NtvSpor”a istinadən xəbər verir ki, “sarı-qırmızılar”ın “Napoli”nin yeni şərtlərini rədd etdiyi və şərtlər dəyişmədikcə danışıqları davam etdirməyəcəkləri bildirilib.
“Napoli”nin “Qalatasaray”dan 40 milyon avro ilkin ödəniş və 2026-cı ilə qədər 35 milyon avro tələbi danışıqların başa çatmasına səbəb olub. İtaliya klubu bu şərtlərdən əlavə olaraq sonrakı satışdan pay da tələb edib.
“Qalatasaray” isə “Napoli”nin tələblərini rədd edib. “Sarı-qırmızılar” 2027-ci ilə qədər 35 milyon avro ödəmək və sonrakı satışdan pay verməkdən imtina ediblər.
“Napoli”nin bu şərtlərdən əl çəkmədiyi təqdirdə “Qalatasaray”ın yeni təkliflə çıxış etməyəcəyi və danışıqlar masasına oturmayacağı bildirilib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.