“Beşiktaş” Orkun Kökçünün transferini reallaşdırmaq üzrədir
“Beşiktaş” Orkun Kökçü transferi üzrə “Benfika” ilə rəsmi danışıqlara başlayıb.
Aztime.az-ın xəbərinə görə, klub bu barədə İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) məlumat verib.
“Beşiktaş”ın prezidenti Serdal Adalı futbolçunun sabah (iyulun 12-də – red.) İstanbula gələcəyini açıqlayıb.
2024/25 mövsümündə “Benfika”nın heyətində bütün yarışlarda 55 matça çıxan 24 yaşlı yarımmüdafiəçi 12 qol vurub və 11 məhsuldar ötürmə edib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.