Dünya ulduzu ilk dəfə Azərbaycanda çıxış edəcək
Justin Timberlake “The Forget Tomorrow” dünya turu çərçivəsində ilk dəfə olaraq Azərbaycanda çıxış edəcək.
Aztime.az xəbər verir ki, “İTicket Production” və “Dream Group International” şirkətlərinin təşkilati dəstəyi ilə keçiriləcək tədbir 2025-ci il iyulun 27-də tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq. Dünyanın ən tanınmış pop ifaçılarından biri olan Justin Timberlake musiqi, kino və şou-biznes sahəsində çoxşaxəli fəaliyyəti ilə seçilir.
90-cı illərin sonlarında NSYNC qrupunun üzvü kimi dünya şöhrəti qazanan Timberlake qısa zamanda solo karyerasına başlayaraq öz adını pop musiqisinin zirvəsinə yazdırıb. Həmin illərdə Justin ilk albomu “Justified” olan, daha sonra “FutureSex/LoveSounds” və “The 20/20 Experience” kimi albomlarla milyonlarla dinləyicini ələ almışdır.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.