Mark Rütte: “Ukraynanın NATO-ya daxil olması artıq nəzərdən keçirilmir”
“Ukraynanın alyansa daxil olması məsələsi artıq gündəmdə deyil”.
Oxu.Az-ın məlumatına görə, o, bu barədə NATO-nun Baş katibi Mark Rütte “Bloomberg TV”yə müsahibəsində bildirib.
Müsahibədə aparıcı: “Həqiqətənmi ABŞ Prezidenti Donald Tramp Ukraynanın NATO-ya daxil olması məsələsini gündəmdən çıxarır?” – deyə soruşub.
Rütte onun sualına: “Bəli”, – cavabını verib.
Xatırladaq ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya və ABŞ-nin Ukraynanın NATO-ya daxil olmasına qarşı olduqlarını bəyan etmişdi.