Türkiyə Kuboku: “Fənərbağça” – “Qalatasaray” matçının keçiriləcəyi tarix və saat BƏLLİ OLDU
Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsi çərçivəsində “Fənərbağça” – “Qalatasaray”a rəqib olub.
Oxu.Az xəbər verir ki, derbinin baş tutacağı tarix bəlli olub.
Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
“Ülker Arena”da baş tutacaq “Fənərbağça” – “Qalatasaray” matçı aprelin 2-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Qeyd edək ki, dörddəbir final mərhələsinin matçları tək oyundan ibarət olacaq və cavab oyunu keçirilməyəcək.
Türkiyə Kuboku
1/4 final
1 aprel
Saat 21:30, “Konyaspor” – “İskəndərunspor”.
2 aprel
Saat 18:45, “Trabzonspor” – “Bodrum”;
Saat 21:45, “Fənərbağça” – “Qalatasaray”.
3 aprel
Saat 21:30, “Beşiktaş” – “Göztəpə”.