Son səkkiz gündə ikinci amerikalı demokrat konqresmen vəfat edib
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Arizona ştatından olan demokrat Raul Qrihayva ağır onkoloji xəstəliklə mübarizədən sonra vəfat edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə onun ofisi məlumat verib.
Qrihayva 2003-cü ildən Konqresdə çalışıb və əvvəllər Nümayəndələr Palatasının proqressiv qanadının həmsədri olub. O, həmçinin 2015-ci ildən 2025-ci ilə qədər Nümayəndələr Palatasının təbii resurslar komitəsinə demokratlardan rəhbərlik edib, o cümlədən dörd il ərzində onun sədri olub.
Qrihayva son səkkiz gündə Nümayəndələr Palatasında vəfat edən ikinci demokratdır. Texasdan olan Nümayəndələr Palatasının demokrat üzvü Silvester Terner prezident Donald Trampın Konqresə müraciətindən sonrakı gün, martın 5-də çərşənbə günü vəfat edib.
Xatırladaq ki, bir neçə ay əvvəl ABŞ-nin Kentukki ştatının senatoru Conni Terner faciəli şəkildə həyatını itirib.
Qrihayvanın ölümü Nümayəndələr Palatasında yeni vakansiya yaradır. Nəticədə demokratların 213, respublikaçıların isə 218 yeri qalır. Qanunvericilik aktlarının qəbul edilməsi üçün sadə çoxluq indi 216 nəfərdən ibarətdir.
Luizianadan olan respublikaçı Nümayəndələr Palatasının spikeri Mayk Conson indi səsvermədə çoxluq üçün ikisəslik “yastığ”a malikdir. Arizonada Qrihayvanın Konqresdəki yerini onun səlahiyyət müddətinin qalan hissəsi üçün kimin tutacağını müəyyən etmək üçün növbədənkənar seçki keçiriləcək.