Ərdoğan: “19 May – zülmə boyun əyməyənlərin qəhrəmanlıq dastanı yazdığı gündür” – FOTO
Ərdoğan: “19 May – zülmə boyun əyməyənlərin qəhrəmanlıq dastanı yazdığı gündür” – FOTO
“Bu gün Cümhuriyyətimizin banisi Qazi Mustafa Kamal Atatürkün Samsundan başlanan milli qurtuluş mübarizəsinin 104-cü ildönümünü böyük sevinc və coşqu ilə qeyd edirik”.
Bu sözləri özünün “Twitter” səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.
“Qazi Mustafa Kamal Atatürkün türk gəncliyinə bəxş etdiyi 19 may 1919-cu il zəfəri əcdadlarımızın məhrumiyyətlər qarşısında böyük inam və müqavimət ruhunu diriltməsinin simvoludur.
19 May günü Türkiyə xalqının imperialist güclərə qarşı birlik və bərabərlik simvoluna çevrilib. Bu gün zülmə boyun əyməyənlərin qəhrəmanlıq dastanı yazdığı gündür.
Əcdadlarımızın müstəqilliyi və gələcəyi naminə göstərdikləri qəhrəmanlıqları gələcək nəsillərə ən parlaq şəkildə çatdırmaq bizim ümdə borcumuzdur”, – Türkiyə lideri öz paylaşımında qeyd edib.
Bugün Millî Mücadelenin Başkomutanı, Cumhuriyetimizin banisi Gazi Mustafa Kemal Atatürk’ün Samsun’a çıkışının 104. yıl dönümünün sevincini ve coşkusunu yaşıyoruz.
19 Mayıs Atatürk’ü Anma, Gençlik ve Spor Bayramı’nızı en içten dileklerimle tebrik ediyorum.… pic.twitter.com/hnI9ZEiaJc
— Recep Tayyip Erdoğan (@RTErdogan) May 19, 2023