Xalidə Şimşək: “Daxil olan şikayətlərin hamısına baxılır”
Xalidə Şimşək: “Daxil olan şikayətlərin hamısına baxılır”
“Daxil olan şikayətlərin 20 faizi icraata göndərilir, 80 faizi isə bizim tərəfimizdən həyata keçirilir”.
Oxu.Az xəbər verir ki, bu fikirləri “Azəriqaz” İB-nin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək qurumun “Açıq Qapı” günündə çıxış edərkən deyib.
O qeyd edib ki, tərəfimizdən cavablandırılan müraciətlər qaz təchizatı və istismarı ilə bağlıdır:
“Daxil olan müraciətlərin tipinə görə icraat müddəti fərqli olur. Bu mənada fərq ola bilər, amma müraciətlər arasında baxılmayan, icra olunmayan və ya diqqətdən kənarda qalan ola bilməz. Təsnifatlara bölünür, bizə aid olanlar tərəfimizdən həyata keçirilir, quruma aid olunmayanda isə aidiyyəti üzrə digər qurumlara müraciət edilməsi barədə məlumat verilir”.
X.Şimşək qeyd edib ki, sosial şəbəkə üzərindən daxil olan müraciətlərə də baxılır:
“Həmin şəxslərlə əlaqə saxlanılır. Problem dinlənilir.
“Azəriqaz” İB-nin səlahiyyətlərinə daxil olan məsələlər aidiyyəti üzrə şöbələrə yönləndirilir. Yekunda da vətəndaşla əlaqə saxlanılaraq, əlavə problemin olub-olmadığı öyrənilir”.
Könül Cəfərli