ABŞ Dövlət Departamentinin sözçüsü Azərbaycana başsağlığı verib
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Oxu.Az xəbər verir ki, o, bu barədə özünün “X” hesabında yazıb.
“Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması xəbərini kədərlə qarşıladıq. Düşüncələrimiz və dualarımız həlak olanların ailələrilədir, yaralananlara tezliklə şəfa diləyirik. Biz Qazaxıstan və Azərbaycana kömək etməyə hazırıq”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, dekabrın 25-i səhər saatlarında “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Qəzada 38 nəfər həlak olub, sağ qalan 29 nəfərdən bəziləri ağır vəziyyətdə xəstəxanada müalicə alır.
We are deeply saddened to hear the news of the Azerbaijan Airlines accident in Kazakhstan. Our thoughts and prayers are with the families of the victims, and we wish a speedy recovery to those injured. We stand ready to assist authorities in Kazakhstan and Azerbaijan.
— Matthew Miller (@StateDeptSpox) December 26, 2024