Vəhşi təbiətin möhtəşəm anları: Fotomüsabiqənin qalibləri elan edildi
Dünyanın ən nüfuzlu vəhşi təbiət fotoqrafiyası müsabiqələrindən biri olan “Nature’s Best Photography” 2024-cü ilin qaliblərini açıqlayıb. Bu il müsabiqəyə rekord sayda – 25 mindən çox fotoşəkil təqdim edilib, lakin onlardan yalnız bir neçəsi finala yüksələ bilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə müsabiqənin saytında xəbər verilib.
Bildirilib ki, müsabiqənin ən diqqətçəkən işlərindən biri pələnglərin şəkli olub. Fotoqraf bu möhtəşəm heyvanların bir-biriləri ilə oynadığı nadir anı kameraya çəkməyi bacarıb. Digər maraqlı işlərdən biri isə poza verən pinqvinin fotosu olub.