Səbailin işıq üzünə həsrət qalan pilləkəni NƏ VAXT AYDINLANACAQ?
Səbail rayonunun “40 pilləkən” adlanan ərazisində yerləşən pilləkənlərlə bağlı Oxu.Az-ın redaksiyasına şikayət daxil olub.
Vətəndaşlar qeyd edirlər ki, pilləkənin yuxarısını yaxınlıqdakı restoran işıqlandırsa da, ortadan üzüaşağı – metronun “İçərişəhər” istiqamətində olan hissəsi tamamilə qaranlıqdır. Bu da sözügedən pilləkəndən qaranlıqda istifadə edən vətəndaşlar üçün real təhlükə yaradır.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, məsələ ilə bağlı icra hakimiyyəti tərəfindən aidiyyəti orqanlara rəsmi müraciət ünvanlanacaq.
Məhərrəm Əliyev