Erik ten Haq “Mançester Yunayted”dən milyonlarla ayrıldı
“Mançester Yunayted”in müqaviləsinin müddəti başa çatmamış baş məşqçi postundan istefaya göndərdiyi Erik ten Haqa 20 milyon avro təzminat ödənəcəyi açıqlanıb.
Oxu.Az xəbər verir ki, niderlandlı çalışdırıcı təzminat məbləğinin hamısını tələb edib.
Xatırladaq ki, ten Haq 2022-ci ilin aprelindən “Mançester Yunayted”i çalışdırırdı. 2023-cü ildə “qırmızı şeytanlar”la İngiltərə Kubokunu qazanan mütəxəssis 2024-cü ildə İngiltərə Liqa Kubokunda qələbə sevinci yaşayıb.
Qeyd edək ki, Erik ten Haqın Mançester təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.