Fransanın baş naziri əməliyyat keçirib
Fransanın Baş naziri Mişel Barnye həftə sonu onurğa əməliyyatı keçirdikdən sonra işə qayıdıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Agence France-Presse” hökumət başçısının katibliyinə istinadən məlumat yayıb.
73 yaşlı baş nazirin şəxsi həkiminin sözlərinə görə, o, onurğa sümüyü zədələndikdən sonra əməliyyat olunub.
Bildirilir ki, cümə axşamı M.Barnye hökumətin iclasını keçirəcək.